Evinin dam örtüyünü 3 rəngli bayrağımızla “dalğalandırdı”

0
271

Atanın dəstəyi, oğulun arzusu, əminin əl işi… Bu 3 şəxsin birliyi Goranboy rayonunun Şadlı kəndində maraqlı sənət əsərinə çevrilib. Kəndə girən hər kəs bu evə diqqət edir. Yaşayış məntəqəsinin hər tərəfindən, demək olar ki, bu mənzərə görünür. Şadlıda inşa edilən yaşayış binası digərlərindən dam örtüyü ilə fərqlənir. 47 yaşlı İlham Hüseynov övladının istəyi ilə yaşadığı evin dam örtüyünü yeniləyən zaman 3 rəngli Azərbaycan bayrağını əks etdirib. Ev sahibinin qardaşı 15 gün müddətinə qardaşı oğlu İlyasın arzusunu reallaşdırıb. Ev sahibi İlham Hüseynov bizə açıqlamasında kəndə ilk dəfə gələnlərin həyətə gəlib onun necə hzırlanması, çəkilən xərcə maraqlandığını bildirdi.

 

İlham Hüseynov təxminən 35 il öncə inşa edilən evin dam örtüyünün sıradan çıxması səbəbindən təmir işlərinə başlayıb. Bayraq formasında dam örtüyünü hazırlamaq üçün lazım olan materiallar isə Gəncə şəhərindən gətirilib. Qeyd edək ki, 700-dən artıq sakini olan Şadlı əsrarəngiz təbiəti və vətənpərvər insanları ilə seçilir.

Esmira Hidayətova, Goranboy