Müştərək avtomobil istehsalı zavodunun açılışı martda baş tutacaq

0
42

Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun rəsmi açılışı bu ilin mart ayında baş tutacaq. Bunu mənbənənin Tehran bürosuna açıqlamasında “İran Xodro” şirkətin baş direktoru Haşim Yekke Zare deyib. O deyib ki, bu müştərək şirkət Azərbaycanla birgə yaradılıb. Qeyd edək ki, avtomobil zavodu Neftçala sənaye məhəlləsində fəaliyyət göstərəcək.

“Şirkətdə İran tərəfi 25%, Azərbaycan tərəfi isə 75% paya malikdir. Şirkət “Rana” və “Dena” tipli avtomobillər istehsal edəcək”, – deyə baş direktor vurğulayıb.

Haşim Yekke Zare qeyd edib ki, zavod fəaliyyətə başladıqdan sonra Azərbaycan tərəfi investisiya yatırarsa, bu ölkədə avtomobil hissələri də istehsal ediləcək. trend