Çempionlar Liqasında 1/8 final həyəcanı başlayır.

0
6

Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayır. “apasport”un məlumatına görə, bu gün mərhələnin ilk iki oyunu keçiriləcək.

 

Təbii ki, əsas diqqətlər Turində baş tutacaq matça yönələcək. ÇL-in son finalçısı “Yuventus” Premyer Liqanın iddialı komandalarından “Tottenhem”i qəbul edəcək. Bu, tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşəcək. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan “qoca sinyora” London səfəri öncəsi ənənəni davam etdirməyə çalışacaq. “Tottenhem” isə İtaliyaya minimum heç-heçə niyyəti ilə yollanıb.

 

“Yuve”nin aparıcı oyunçuları Xuan Kuadrado və Paulo Dibala zədəli üzündən baş məşqçi Massimiliano Alleqrinin ixtiyarında olmayacaqlarsa, Andrea Barzalyi, Benedikt Hövedes və Blez Matuidinin durumu qeyri-müəyyəndi.

 

Digər qarşılaşmada isə “Bazel” Çempionlar Liqasının favoritlərindən olan “Mançester Siti”ni qəbul edəcək. “Şəhərlilər”in heyətində Fabian Delf, Qabriel Jezuş, Benjamin Mendi və Leroy Sane zədədən əziyyət çəksələr də, Pep Qvardiolanın kollektivi istənilən halda favoritdi. Premyer Liqanın lideri hətta cütün taleyini birinci oyundaca həll etməyə çalışacaq. “Bazel”in güclü rəqibini büdrətməsi isə əsl möcüzə olar.

 

 

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

13 fevral

23:45. “Yuventus” (İtaliya) – “Tottenhem” (İngitərə)

Baş hakim: Feliks Brix (Almaniya)

“Yuventus” stadionu, Turin

 

23:45. “Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Yonas Eriksson (İsveç)

“Sankt-Yakob Park”, Bazel