Vaşinqton KXDR-lə danışıqlara hazır olduğunu bəyan edib

0
11

Vaşinqton KXDR-ə təzyiq göstərməkdə davam edəcək, lakin danışıqlara hazırdır.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

“Maximal təzyiq göstərmək kampaniyası davam etdiriləcək və daha intensif olacaq. Amma əgər siz danışmaq istəsəniz – danışacağıq”. Bu barədə Pens “Washington Post” nəşrinə müsahibəsində bildirib.

Sanksiyaların aradan qaldırılması üçün Pxenyan tərəfindən hansı addımların atılmasına dair suala M.Pensin cavabı lakonik olub: “Bilmirəm. Dnışıqlar da elə bunun üçün gərəkdir”.

Qeyd edək ki, ABŞ məsələ ilə bağlı rəsmi mövqeyini dəfələrlə açıqlayıb:  KXDR  əvvəlcə nüvə və raket proqramlarından imtina etməlidir, bundan sonra Vaşinqton danışıqlara razılıq verəcək”.