Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

0
8

Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb. TASS agentliyinin məlumatına görə, qəzaya uğrayan “An-148” təyyarəsində sağ qalanlar yoxdur. Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub.

16:42***

Moskvanın “Domodedovo” aeroportundan havaya qalxan “An-148” sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib. Bu barədə TASS agentliyinə Təcili Yardım Xidmətindən məlumat verilib. Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonuna düşüb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var.APA