“Mədəniyyətimizin təbliğində gənclərə dəstək” layihəsinə start verilib

0
47

Mingəçevirdə “Mədəniyyətimizin təbliğində gənclərə dəstək” layihəsinə start verilib. Gənclər arasında mədəni dəyərlərimizin təbliğinə yönəlmiş layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

İlk təlim günündə Azərbaycan mədəniyyəti, onun müxtəlif bölmələri haqqında iştirakçılara məlumatlar verilib.

Qeyd edək ki, layihə çərçivəsində gənclər üçün interaktiv metodlara əsaslanan 3 təlimin keçirilməsi nəzərdə tutulub. Əsas məqsəd isə mədəniyyətimizin inkişaf etdirilməsində region gənclərinin rolunu artırmaq, həmçinin yaradıcılıq fəaliyyətinə dəstək olaraq onları bu sahədə stimullaşdırılmasıdır.

Esmira Hidayətova