Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

0
65

Prezident İlham Əliyev növbədənkənar Azərbaycanda prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.