Milli Dram Teatrının rejissoru “Gənclər mükafatı”na layiq görülüb 

0
84

Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli teatr
sahəsindəki uğurlu fəaliyyətinə görə “Gənclər mükafatı”na layiq
görülüb. Fevralın 2-də “Buta Palace”da Gənclər günü münasibətilə
keçirilən tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov, Birinci vitse-prezidentin köməkçisi,
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri
şöbəsinin müdiri Yusuf Məmmədəliyev, mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev, Gənclər və idman naziri Azad Rəhimov və digər dövlət,
hökumət nümayəndələri iştirak edib.

Tədbirdə Gənclər və İdman Nazirliyi təhsil, elm və mədəniyyət
sahələrində fəallığı ilə seçilən gəncləri, o cümlədən Əlif
Cahangirlini mükafatlandırıb.

Qeyd edək ki, Əlif Cahangirli 1992-ci ildə Salyanda anadan olub.
2010-2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində Xalq artisti, professor Azər Paşa Nemətovun kursunda
rejissor sənətinə yiyələnib.

Bir neçə dəfə Moskvada Çexov festivalı ərəfəsində Rusiyanın tanınmış
rejissorlarından ustad dərsləri alıb. Əlif Cahangirli 2015-ci ildən
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor kimi
fəaliyyətə başlayıb. O, bu teatrda Xalq artisti Azər Paşa Nemətovun
rəhbərliyi altında rejissor Anar Babalı ilə birlikdə Cəlil
Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “Almaz” tamaşalarını,
daha sonra müstəqil şəkildə uşaqlar üçün “Buzlar ölkəsi” və Coni
Rodarinin məşhur “Çipollino” nağılını tamaşaya hazırlayıb.

Ə. Cahangirli hazırda Akademik Milli Dram Teatrında yeni yaradılan
Abbas Mirzə Şərifzadə adına səhnədə yazıçı-dramaturq Kamal Abdullanın
“Bir,iki, bizimki…” və Miro Hovranın “Arvadımın əri” pyeslərini