“BakuBus” sürücüsü sərnişinlərin həyatını xilas etdi

0
49

Təqdim etdiyimiz üç videogörüntünün hər birində avtobusun təhlükəsiz hərəkətinə maneə yaradan və bununla avtobusdakı sərnişinlərin həyatını təhlükə qarşısına atan yol hərəkəti iştirakçılarının ciddi qayda pozuntuları əks olunur.

Bakubus MMC-dən alpaninfo.com-a verilən məlumata görəBirinci hadisə 23.01.2018-ci il tarixində saat 14:19 radələrində 1 saylı marşrut xətti üzrə üzü 28 May m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-231 dövlət qeydiyyat nişanlı avtobusun Qara Qarayev m/s dayanacağına yaxınlaşarkən baş vermişdir.

İkinci hadisə 26.01.2018-ci il tarixində saat 16:39 radələrində 6 saylı marşrut xətti üzrə üzü Azadlıq m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JH-096 dövlət qeydiyyat nişanlı avtobus Elmlər Akademiyası m/s yaxınlığında olarkən baş vermişdir.

Üçüncü hadisə isə 28.01.2018-ci il tarixində saat 09:45 radələrində 17 saylı marşrut xətti üzrə üzü İnşaatçılar m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-195 dövlət qeydiyyat nişanlı avtobusun 2 saylı Tibb Kollecinə yaxınlaşarkən baş vermişdir.

Videogörüntülərdən də aydın göründüyü kimi hər üç hadisədə avtobusu idarə edən sürücülərin sayıqlığı nəticəsində baş verə biləcək real yol hərəkəti qəzasının qarşısı alınmış və sərnişinlər arasında xəsarət alan olmamışdır. Ancaq bununla belə salonda olan onlarla sərnişinin həyatı təhlükə qarşısında qalmış və ictimai nəqliyyatın təhlükəsiz həəkətinə ciddi şəkildə maneə yaranmışdir.

Bildiyiniz kimi, sərnişindaşıma fəaliyyəti çoxtərəfli münasibətlər sistemi üzərində qurulan bir xidmət növüdür. Bu xidmətin kefiyyətli şəkildə həyata keçirilməsində daşıyıcı şirkətin üzərinə düşən məsuliyyətlə yanaşı sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının da qaydalara uyğun hərəkət etməsi böyük əhəmiyyət daşıyır.
“BakuBus” olaraq biz günün 24 saatı öz sərnişinlərimizlə ünsiyyətdə olmaqla onların şikayətlərini və müraciətlərini qəbul edir, göstərdiyimiz xidmətin kefiyyətini ölçə bilirik. Bu bizə həm nöqsanlarımızı vaxtında aradan qaldırmaq həm də kefiyyətli sərnişindaşıma xidmətinin göstərilməsü üçün maneə yaradan amilləri öyrənmək imkanı verir. Yol hərəkəti qaydalarını pozaraq avtobusun təhlükəsiz fəaliyyətinə maneə yaradan sürücülərlə yanaşı, ödəniş etmədən orta və arxa qapılardan minən, 5 yaşdan yuxarı uşaqlar üçün ödəniş etməyən, sürücü dəfələrlə müracət etsə belə avtobusa minəndən sonra arxaya doğru irəliləmək istəməyən, ön qapıdan düşmək istəyən, salonu məişət tullantıları ilə zibilləyən, tıxac zamanı icazə verilməyən (yolun ortasında ) yerdə düşmək istəyən, sürücünü təhqir edən, qapıların önündə dayanıb digər sərnişinlərin hərəkətinə mane yaradan, düşməli olduqları dayanacağı düşməyib keçdikdən sonra sürücüdən qapıları yenidən açmasını tələb edən və eyni zamanda digər sərnişinlər üçün də narahatçılığa səbəb olan sərnişinlərimiz var.
Təbii ki, “BakuBus”un qaynar xəttinə gün ərzində daxil olan şikayətlərin araşdırılması zamanı göstərilən xidmətin kefiyyəti və bəzi sürücülərin sərnişinlərlə davranışında müəyyən nöqsanlar da aşkar olunr və bu çatışmazlıqların aradan qaldırılması üçün lazım olan bütün tədbirlər həyata keçirilir.
Bildiyiniz kimi “BakuBus” MMC ictimaiyyət üçün açıq bir təşkilatdır biz hər ayın sonu şikayətçiləri və ya araşdırmanın nəticələri ilə bağlı sualları olan hər bir sərnişini şirkətin inzibati binasına dəvət edib onlara nəticə və hətta araşdırma ilə bağlı əyani vasitələri də təqdim edirik.
Ümumiyyətlə bu sahədə ciddi dəyikiliklər gözləyir, qarşılıqlı şəkildə tələbkarlıq ediriksə o zaman bəzi sərnişinlərin və yol hərəkəti iştirakçılarının ictimai nəqliyyata xüsusən də avtobus sürücülərinə olan münasibətlərini bir daha gözdən keçirməli, qəbul olunmuş qaydalara birmənalı şəkildə əməl etməlidirlər.
Təbii ki, burada sərnişindaşıma sahəsində aparılan islahatlar və maarifləndirmə işlərində yaxından iştirak edən media qurmlarının fəaliyyəti də danılmazdır. Çünki onların bu sahədə münasibətləri formalaşdırmaq və ictimai rəy yaratmaq imkanları genişdir. Ancaq təəssüf ki bəzən biz bir sıra media nümayəndələrinin qeyri-peşəkar, hətta qərəzli münasibətini də müşahidə edirik. Bəzi saytlar ictimai nəqliyyatda baş vermiş istənilən xoşagəlməz hadisə ilə bağlı “BakuBus” avtobuslarının şəkilini paylaşaraq avtobusun hansı daşıyıcıya aid olduğunu müəyyənləşdirmədən xəbərin çox oxunması və reytinq naminə heç bir əsas olmadan “BakuBus sürücüsü qaydanı pozdu” və ya “BakuBus avtobusu qəza törətti” kimi başlıqlardan istifadə edirlər. Dəfələrlə bu cür saytlara xəbərdarlıq olunmasına baxmayaraq onlar məsələnin məsuliyyətini dərk etmədən gerçəklikdən uzaq, reallığı əks etdirməyən məlmatlar yaymaqda davam edirlər. Hesab edirik ki, hər hansı bir avtomobil yol hərəkəti zamanı “BakuBus” avtobusuna toxunaraq qəza törədirsə bu hadisə “BakuBus avtobusu qəza törətti” başlığı ilə verilməməlidir.
“BakuBus” olaraq həmin saytları istənilən hadisəni araşdırmadan əvvəl, reallıqdan uzaq məlumatları yaymaqdan qətiyyətlə imtina etməyə çağırırıq.
Əgər söhbət bir sahənin ən yüksək səviyyədə inkişafından gedirsə buradə bütün tərəflərin məsuliyyəti və məqsədyönlü fəaliyyəti vacibdir.