“Şəhər sakinləri… xəbərdarlıqlara məhəl qoymurlar”

0
135

Mingəçevir şəhər İcra Hkimiyyəti  başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2017-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib.

Yığıncaqda Mİngəçevir şəhər İcra Hakimiyyətinin 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Faiq Mustafayev  giriş sözü ilə yığıncağı açıq elan edib. Daha sonra nümayəndəliyin əməkdaşı Nəriman İsmayılov ötən ilin yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə edib. Bildirib ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi yarandığı gündən etibarən, yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamə ilə müəyyən edilmiş əsas vəzifələri Şəhər İcra Hakimiyyəti Başcısının tapşırıq və göstərişlərini yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair inzibati ərazidə yaşayan əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənib təkliflər verməkdir. Bundan başqa inzibati ərazi dairəsində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətini yerli İcra Hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirməkdən ibarətdir. Hesabat ilində nümayəndəliyin xidməti ərazisində il ərzində müxtəlif vaxtlarda Şəhər İcra Hakimiyyətinin başcısı cənab N. Bayramovun rəhbərliyi ilə, şəhərdə fəaliyyət gostərən kommunal təsərrüfatı müəssisələri və digər aidiyyatı qurumlarla və onların rəhbər şəxsləri ilə birlikdə ayrı-ayrı məhəllələrdə səyyari görüşlər keçirmişdir. Görüşdə vətəndaşların problemləri açıq mikrofon vasitəsi ilə dinlənilmiş onların həlli istiqamətində ünvanlanmış tədbirlər aidiyyatı qurum rəhbərlikləri tərəfindən elə yerindəcə araşdırilaraq öz həllini tapmışdır. Bəzi vaxt tələb olunan məsələlər isə nəzarətə götürülmüşdür.

Problemlərdən də söz açan natiq bildirib ki, məsuliyyətsiz şəhər sakinləri bu xəbərdarlıqlara məhəl qoymur, saxladıqları mal-qaranı və ev quşlarını nəzarətsiz şəhərin küçələrinə, park və xiyabanlarına buraxmışdır. Bu da şəhərin çirkləndirilməsinə, ağac və gül-kollarına ziyan vurulması ilə nəticələnmişdir. Bu kimi  halların qarşısının alınması məqsədilə dəfələrlə aidiyyəti  qurumlarla birlikdə həmin heyvanların və ev quşlarının sahiblərinin müəyyən edilərək 8 akt tərtib edilmiş, müvafiq tədbirlər görülməsi üçün şəhər İHB-na  göndərilmişdir. Nəticədə şəhər ərazisinə nəzarətsiz buraxılan heyvanların sayı xeyli azalsa da, bu hallara hələ də rast gəlinir.

 

 

Yığıncaqda Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, məhəllə komitələrinin sədrləri – Əbülfət Babayev, Cingiz Nəzərov, şəhər Stastika idarəsinin müdiri Etibar Kərimovun çıxış edərək il ərzində görülən işlərdən danışıb, öz təklif və iradlarını bildiriblər.

Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov şəhərdə il ərzində abadlıq-quruculuq işlərinin aparıldığını, binaların dam örtüklərinin yeniləndiyini, yaxın vaxtlarda binalara istilik sistemlərinin quraşdırılacağını bildirib. Qeyd edib ki, qarşıda duran işlər mərhələ-mərhələ həyata keçəcək.

 

Nümayəndəliyin fəaliyyəti qənaətbəxş hesab edilib. Sonda nümayəndəliyin əməkdaşı Bəhman Paşayev qərar layihəsini oxuyub.

Esmira Hidayətova, Mingəçevir