Onun yardıma ehtiyacı var

0
137

Salyan sakini Şahin Əliyevin köməyə ehtiyacı var. Bu barədə onun yaxınları məlumat verib. Şahin təcili şəkildə İsrailə aparılmalıdır: “Yalnız orada həkimlər müalicəni öz üzərlərinə götürürlər, çünki vəziyyət indi çox ağırdır. O bu vəziyyəti haqqında 2017-ci ilin aprelində xəbər tutub. Bu vaxta qədər, uzun müddət Şahin (üç ildir) naməlum baş ağrısından əziyyət çəkir və onların qaynağını axtarmaq üçün diş həkiminə, burun-qulaq həkiminə və nevroloqa müraciət edib. Lakin heç kim dəqiq cavab verə bilməyib. Nəhayət onkoloqa müraciət etdi və onun dilinin kökündə bir şiş olduğu ortaya çıxdı. Ancaq o zaman aşkar edildi ki, o artıq ağciyərlərə, böyrəküstü vəzilərə metastaz vermişdi. Əgər vaxtında MRT (tomoqrafiya) olunsa idi, hər şey fərqli ola bilərdi”.

Əlavə olunub ki, Şahin diaqnozdan dərhal sonra müalicəyə başlayıb: “6 seansda kimyaterapiya aldı, şüa terapiya edildi və hazırda müalicə davam edir. Müalicəyə təxminən 30.000 manat xərclənmişdir. Kimyaterapiya yalnız metastazların qarşısını almağa kömək edib. Buna görə ailə xarici klinikalarla əlaqə qurmağa qərar verdi. İsraildə olan (Tel Ha Shomer) klinikalardan birinə müraciət edilib. Burada onun tam müəlicə olunacğına qarant verirlər. Bu təxminən 40 min dollar başa gəlir. Şahinin davam edən müalicəsinin pulunu ödəməyə hələki qohumları kömək edir. Lakin Şahinin ailəsinin bu qədər pulu yoxdur. Ona görə də soydaşlarımızdan kömək istəməyə qərar veriblər. Şahinin ailəsində heç kim işləmir. Onun iki uşağı var: oğlu 9, qızı isə 11 yaşındadı. Ailənin tək dayağı o idi. O ailəsini dəstəkləmək üçün kifayət qədər pul qazanmışdı amma indi onlar üçün çox çətindi”.

Aşağıda lazımi bank məlumatları, eləcə də tibbi sənədlərin şəkilləri dərc edilmişdir.