DİİXİHİ Mingəçevir Şəhər Komitəsi ilin hesabat verdi

0
165

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİHİ) Mingəçevir Şəhər Komitəsinin 2017-ci ilin yekununa həsr olunmuş hesabatı keçirilib. Tədbirdə çıxış edən DİİXİHİ Mingəçevir Şəhər Komitəsinin sədri  Ülviyyə  Vəliyeva qeyd edib ki, Şəhər Komitəsinin ucotunda olan üzv təşkilatlarla birlikdə bir sıra vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmışıq: “Fürsətdən istifadə edərək Komitənin fəaliyyətinə hərtərəfli kömək etmiş şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova və ilk təşkilatların rəhbərlərinə öz təşəkkürümü bildirirəm”.

O daha sonra deyib: “Son illərdə Azərbaycanın regionlarında böyük quruculuq işləri aparılır. Qətiyyətlə demək olar ki, şəhərimiz də, bu inkişafdan geri qalmamışdır. Dövlət proqramı çərçivəsində şəhərimizdə həm sosial-iqtisadi, həm də quruculuq işləri sahəsində çox yüksək nailiyyətlər əldə olunmuşdur”.

Onun sözlərinə görə, Azərbaycan Dövlət İdarələri və İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Hikmət Osmanov bütün rayon və şəhər təşkilatlarının iş fəaliyyətini yaxşılaşdırmaq məqsədiylə aparat işçiləri ilə birgə bütün təşkilatlara o cümlədən, Mingəçevir Şəhər Komitəsinə daima köməkliklər göstərmişdir: “Mingəçevir Şəhər Komitəsinin sədri işlədiyim müddətdə Azərbaycan Həmkarlar İttifaqları haqqında qanuna və Respublika Komitəsinin Rəyasət heyətinin qərarlarını rəhbər tutaraq fəaliyyət göstərmişəm. Bildiyiniz kimi Həmkarlar İttifaqları üzvlük prinsipi əsasında fəaliyyət göstərən müstəqil təşkilat olmaqla kollegial bir orqandır. Komitənin görüləcək işlərini tərtib edilmiş iş planı və təsdiq edilmiş smeta əsasında qurmaqla, Komitəni birləşdirən ittifaq üzvlərinin gücünə, Komitə, Rəyasət heyəti üzvlərinin və ilk təşkilat sədrlərinin birliyinə arxalanmışam. İttifaq üzvlərinin sosial-iqtisadi məsələlərinin və əmək hüquqlarının qorunmasında, çatışmazlıqların aradan qaldırılmasında, onların hüquq və mənafeylərinin qorunmasına çalışmışam. Komitənin hesabat dövründə ilin yekunları və qarşıda duran vəzifələr barədə 8 dəfə Rəyasət Heyəti iclasları və ixtisaslı mütəxəssislərin iştirakları ilə 3 dəfə regional seminar keçirilmişdir. Respublika Komitəsi tərəfindən əməyin mühafizəsinə dair ilk təşkilatlarda baxış müsabiqəsi keçirilmiş, 2 təşkilat öz göstəricilərinə görə fərqlənərək müsabiqə qalibi hesab edilmiş və Respublika Komitəsinin qiymətli diplomu ilə mükafatlandırılmışıdr. 2017-cı ildə tərəfimdən Respublika Komitəsinə göndərilmiş təqdimata əsasən 3 nəfər ittifaq üzvü “Səmərəli əmək fəaliyyətinə görə” Respublika Komitəsinin Fəxridiplomu ilə mükafatlandırılmışdır. Şəhər komitəsinin qarşısında görüləsi həlli vacib işlər durur. Təbii ki, işlərimizdə çatışmazlıqlar da var. Şəhər Mühafizə İdarəsinin 2015-2016-cı illər üzrə üzvlük haqqı borcları yaranmışdır”.

Daha sonra daimi komissiya sədrlərinin məlumatları da dinlənilib.

Esmira Hidayətova, Mingəçevir