Sena çayında suyun səviyyəsi pik həddə çatıb

0
92

Bu gün Paris şəhəri ərazisində Sena çayında suyun səviyyəsi 5,8 metrlik pik həddə çatıb. Fransanın meteoroloji xidməti Sena çayında suyun səviyyəsinin sabahadək bu həddə qalacağını, sonradan isə tədricən aşağı enəcəyini bildirib.

Daşqın səbəbindən Paris regionunda təxminən 1,5 min nəfər təxliyə olunub, yüzlərlə ev elektriksiz qalıb. Bundan əlavə, şəhərdə çay nəqliyyatının hərəkəti dayandırılıb, RER C sürətli dəmiryol stansiyaları bağlanılıb. Həmçinin “Luvr” muzeyinin rəhbərliyi incəsənət əşyalarının xilas edilməsi üzrə təcili planı həyata keçirməyə başlayıb.

Təbii fəlakət səbəbindən Fransanın 11 departamentində elan olunan narıncı təhlükə səviyyəsi davam edir. Meteoroloji müşahidələrin başladığı 1900-cü ildən bəri dekabr-yanvar aylarında regionda üçüncü ən yağmurlu dövr qeydə alınıb.