“Hazırkı zoopark və sirk Bakıya heç yaraşmır”

0
76

Uşaqların sevimli yerləri olan zoopark və sirk pis vəziyyətdədir.

Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü Elmira Axundova komitənin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib ki, uşaqların sevimli yerləri olan zoopark və sirk pis vəziyyətdədir:

“Mövcud zoopark heç bir parametrə sığmır, heyvanlar çox baxımsız vəziyyətdədir. Sirkdə də eyni vəziyyətdir. Bundan başqa, açıq havada olan əyləncə parkları da müasir səviyyədə deyil. Biz bununla bağlı – kütləvi tamaşa yerləri ilə bağlı qanun layihəsi hazırlaya bilərik. Mən bu layihəni hazırlamağa hazıram”. Oxu.az