Azərbaycan-Moldova millilərinin oyunu canlı yayımlanacaq

0
75

Azərbaycan və Moldova milliləri arasında keçiriləcək yoxlama görüşü canlı yayımlanacaq. Bu barədə “CBC Sport”un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli məlumat verib.

O bildirib ki, Qurban Qurbanovun debüt oyunu tamaşaçılara göstəriləcək: “29 yanvar – 3 fevral tarixləri arasında Antalyada olacağıq. Millimizin Moldova ilə matçını canlı yayımlayacağıq. Hətta, ola bilər ki, bəzi klublarımızın da oyunları verdik. Amma bu, oyunların keçiriləcəyi stadionların şəraiti ilə bağlıda olacaq. Hazırda bu istiqamətdə danışıqlarımız davam edir”.

Qeyd edək ki, Azərbaycan – Moldova matçı “Mardan” stadionunda Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. qafqazinfo