Mingəçevirdə şahmat üzrə seçmə yarışlara start verildi

0
84

Mingəçevirdə Şahmat üzrə 8,10,12,14,16 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışlarına start verilb. Bü münasibətlə şəhər 10 saylı tam orta məktəbin akt zalında açılış mərasimi təşkil olunub. Mərasimi giriş sözü ilə Mingəçevir Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli  açıq elan edib. Daha sonra Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, FIDE dərəcəli hakim Qüdrət İsmayılov çıxış edərək  belə yarışların keçirilməsinin ölkədə bu idman növünün inkişafında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bildiriblər ki, şahmat idman növünə hələ ulu öndərin vaxtında çox böyük diqqət var idi. Bu gün də ölkə Prezidenti tərəfindən bu idman növü digər idman növləri kimi diqqət və qayğı ilə əhatə olunur.

 

Açılış mərasimində Mingəçevir Uşaq Gənclər İnkişaf mərkəzinin nəzdində fəaliyyət göstərən şagirdlərin ifasında şən musiqi nömrələri, mahnı və kiçik səhnəciklər nümayiş olunub.

Yarışlarla bağlı saytımıza açıqlama verən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, bu gün regionlarımızda müxtəlif yaş qruplarından olan şahmatçıların yarışlarını keçiririk. Qeyd edim ki, regionlarımızda çoxlu sayda, hətta beynəlxalq yarışlar təşkil olunur və hər il ənənəvi olaraq bizim beynəlxalq qrossmeystr Vüqar Həşimovun xatirəsinə həsr olunmuş qran-pri tədbirlər də keçirilir. Bu yarışlarsa da dünyanın müxtəlif ölkələrindən ən tanınmış şahmatçılar iştirak edirlər. Bu gün də Mingəçevirdə şahmatçılarımızın birinciliyi keçirilir və bu yarışdan bizim ölkə çempionatına reytinq qazanan şahmatçılarımız olacaq. Təbii ki, belə tədbirlərin keçirilməsi rəqabəti formalaşdırır və gələcəkdə ölkəmizi təmsil edəcək şahmatçıların yetişməsində böyük əhəmiyyət kəsb edir. Mən bu yolda onlara uğurlar arzulayıram və əminəm ki, bu tədbirlər həm bizim məktəblilərimizin, həm də azyaşlı uşaqlarımızın gələcəkdə intelektual səviyyəsində formalaşmasında, həm gələcəkdə bir idmançı kimi formalaşmasında böyük əhəmiyyət kəsb edəcək.

Esmira Hidayətova,Mingəçevir.