Səyyar laboratoriya ilk sınaqlara başlayıb

0
502

Avqustun 6-da Sumqayıt şəhərində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində asfaltın keyfiyyətini müəyyənləşdirən səyyar sınaq laboratoriyasının təqdimatı olub.  Ölkəmizdə ilk belə laboratoriyanın qurulmasında məqsəd asfalt-beton qarışığı məhsullarının keyfiyyətinə nəzarətlə bağlı işləri sürətləndirməkdir.
Səyyar laboratoriyada qurulmuş müasir texnoloji avadanlıqlar vasitəsi ilə respublikada tikilmiş və tikilməkdə olan asfalt yollarının keyfiyyət göstəricilərini operativ və yerində təyin etmək, həmçinin yolun alt qatının özülünün keyfiyyətini yoxlamaq mümkündür.
Eyni zamanda asfalt-beton qarışığının və burada istifadə olunan materialların –bitum, qırma, daş, çınqıl və mineral tozun da standartlara uyğunluğu yoxlanılacaq.
Laboratoriyada çalışan işçilər xarici ölkələrdə ixtisasartırma kursu keçəcək, sınaq metodlarına dərindən yiyələnəcəklər.
Laboratoriya artıq ilk sınaqlarına başlayıb.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here