Ərdoğanla Tramp arasında telefon danışığı olub

0
46

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə Türkiyə lideri administrasiyasındakı mənbə məlumat yayıb.

Bildirilir ki, söhbət zamanı Ərdoğan amerikalı həmkarını Suriyadakı kürd silahlı birləşmələrinə dəstəyə son qoymağa çağırıb.

Öz növbəsində Tramp Afrində vəziyyətin gərginləşməsindən narahatçılığını ifadə edib. Report