Saxsı suötürücülər xarici turistlərin diqqətini daha çox cəlb edir

0
89

Mingəçevir şəhərində hələ eradan əvvəl  II-I əsrlərdə su boruları, kanalizasiya xətləri mövcud olub. Gildən hazırlanan müxtəlif ölçülü borular elə Mingəçevirdə arxeloji qazıntılar zamanı  üzə çıxıb. Saxsı suötürücülərin yerli ustalar tərəfindən  hazırlandığı idda olunur. Qədim əşyaların təxminən  65 il öncə o zamankı Mingəçevir kəndinin ərazisindən tapıldığı deyilir. Hazırda şəhərin Tarix Muzeyində saxlanan borular öz keyfiyyətini itirməyib. Müasir Mingəçevir şəhərinin  yeganə kəndi olan eyniadlı yaşayış məskənində bu cür maddi- mədəniyyət  nümunələrinin aşkarlanması ərazidə qədim şəhər mədəniyyətinin formalaşdığını göstərir.

Bələdçi Mehmanə Səlimova bu barədə saytımıza məlumat verərkən deyib ki, muzeydə sərgilənən qədim əşyalara maraq böyükdür. Eradan əvvəl II-I əsrlərə aid olan suötürücü borular isə daha çox xarici turistlərin diqqətini çəkir.

Yeri gəlmişkən, qeyd edək ki, 50 il öncə 50 eksponatla fəaliyyətə başlayan Mingəçevir şəhər Tarix Muzeyində hazırda 16 min ədəd eksponat sərgilənir.

Esmira Hidayətova, Mingəçevir