Aygün Tahirova: “Mənfur ermənilərdən qisas almaq istəyirəm”

0
161

1990-cı ilin Qanlı Yanvar gecəsində xalqımıza qarşı törədilən xüsusi qəddarlıq qan yaddaşımıza əbədi həkk olunub. Keçmiş sovet ordusunun tərkibində Bakıda törədilən qətliamın əsas iştirakçısı olan ermənilərin vəhşiliyi hər kəsin nifrət hissini daha da artırıb. Eyni zamanda Azərbaycan qadınların da. Düşməndən qisas almaq üçün Qarabağda gedən döyüşlərdə iştirak edən belə igid qadınlarımızın sayı kifayət qədərdir.

 

1990-cı il yanvarın 19-nan 20-nə keçən gecə baş verən faciədən təsirlənən Aygün Tahirova könüllü olaraq 1992-ci ildə cəbhəyə yollanıb. O, müxtəlif batalyonların tərkibində Qarabağda döyüşlərdə iştirak edib. O, döyüşlərin birində başından güllə yarası alib. Hospitalda müalicə olunduqan sonra isə yenidən ordu sıralarına qayıdıb.

Mingəçevirdə dünyaya göz açan Aygün Tahirova hər ilin bu günü Mingəçevir Şəhidlər Xiyabanında onunla çiyin çiyinə vuruşan döyüş yoldaşlarının məzarını ziyarət edir. Onları göz yaşları içində xatırlayır.

Bu dəfə biz də onunla görüşdük. Keçdiyi döyüş yolundan ətraflı söz açan Aygün xanım dedi ki, Ali Baş Komandanın əmri olarsa, vətən uğrunda yenidən vuruşaraq mənfur ermənilərdən qisas almağa hazırdır.

Esmira Hidayətova, Mingəçevir.