Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək

0
59

Fevralın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti, Əməkdar İncəsənət Xadimi Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək.

Yubiley gecəsində Respublikanın Xalq artistləri, Əməkdar artistlər və məşhur ifaçılar iştirak edəcək. Konsertdə tamaşaçılar musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın biri-birindən gözəl və sevilən musiqilərini dinləyəcək. Gecədə bəstəkarın uzun illər görkəmli ifaçılar tərəfindən səsləndirilən bənzərsiz və təkrarsız mahnıları, unudulmaz bəstələri – “Bilməzdim”, “Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Bakının işıqları”, “Sevgilim tut əlimdən”, “Mehribanım”, “O gözlər, o gözlər”, “Gəl barışaq”, “Qurban Verərdim”, “Daha məndə dözüm yox”, “Yoxluğunu bilə-bilə”, “Ey vətən” və digər nəğmələri səsləndiriləcək.