Kim gəlir, kim gedir?

0
83

Premyer Liqa klubları heyətlərini gücləndirməkdə davam edirlər. Apasport.az saytının məlumatına görə, qış toplanışında olan komandalar digər tərəfdən transfer çalışmalarını da sürətləndiriblər.

Klublar bu qış daha çox heyətlərində “təmizləmə işləri” aparmaqla məşğul oldular. Bu baxımdan “Qəbələ”, “Neftçi”, “Səbail” və “Kəpəz” xüsusi fəallıq nümayiş etdirirlər.

Hələlik Azərbaycana köçən yeganə əcnəbi futbolçu isə “İnter”in Çexiya “Fastav”ından icarəyə götürdüyü argentinalı Pablo Podiodu.

Qeyd edək ki, Azərbaycanda qış “transfer pəncərəsi” rəsmən 13 yanvar – 9 fevral tarixlərini əhatə edəcək.

 

“Qarabağ”

Gələn: Yoxdu

Gedənlər: İbrahim Aslanlı (“Zirə”), Elşən Abdullayev (“Zirə”: icarəyə), Dino Ndlovu (“Xançjou Qrintaun”, Çin)

Müqavilə müddətini artıran: Yoxdu

 

“Qəbələ”

Gələnlər: Təmkin Xəlilzadə (“Zirə”), Ramil Həsənov (“Sumqayıt”: icarədən qayıdıb)

Gedənlər: Roman Hüseynov (“Kəpəz”: icarəyə), Aqil Məmmədov (“Neftçi”), Tellur Mütəllimov (“Zirə”), Endi Hallidey (“Reyncers”, Şotlandiya: icarə müddəti başa çatıb), Ülvi İsgəndərov (“Sumqayıt”: icarəyə), Deyv Bulthuis (“Herenven”, Hollandiya), Ramil Həsənov (“Xəzər”: icarəyə), Ekiqo Ehiosun

Müqavilə müddətini artıran: Vojislav Stankoviç

 

“Zirə”

Gələnlər: İbrahim Aslanlı (“Qarabağ”), Elşən Abdullayev (“Qarabağ”: icarəyə), Mirsahib Abbasov (“Keşlə”: icarəyə), Tellur Mütəllimov (“Qəbələ”)

Gedənlər: Murad Səttarlı (“Kəpəz”), Nicat Qurbanov (“Sumqayıt”), Qabriel Matey (“Bruk-Bet Termalitsa”, Polşa), Təmkin Xəlilzadə (“Qəbələ”), David Manqa (“Hapoel Aşkelon”, İsrail)

Müqavilə müddətini artıran: Yoxdu

 

“Sumqayıt”

Gələnlər: Elnur Abdullayev (“Keşlə”), Nicat Qurbanov (“Zirə”), Ülvi İsgəndərov (“Qəbələ”: icarəyə)

Gedən: Ramil Həsənov (“Qəbələ”: icarə müddəti başa çatıb)

Müqavilə müddətini artıran: Yoxdu

 

“Neftçi”

Gələnlər: Aqil Məmmədov (“Qəbələ”), Təyyar Məmmədov (“Səbail”: icarədən qayıdıb), İlkin Qırtımov (“Keşlə”), Fərid Abbaslı (“Binə”)

Gedənlər: Pavel Dreksa (“Karvina”, Çexiya: icarə müddəti başa çatıb), Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi “Səbail”), Fəhmin Muradbəyli (“Səbail”: icarəyə), Məqsəd İsayev (“Keşlə”), Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi “Sabah”: icarəyə), Tərzin Cahangirov (“Kəpəz”), Edson Kastilyo, Uqo Barqas

Müqavilə müddətini artıran: Yoxdu

 

“Səbail”

Gələnlər: Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi “Neftçi”), Fəhmin Muradbəyli (“Neftçi”: icarəyə), Kərim Diniyev (“Kəpəz”)

Gedənlər: Təyyar Məmmədov (“Neftçi”: icarə müddəti başa çatıb), Tanrıverdi Məhərrəmli (“Xəzər”), Yamin Ağakərimzadə, Eqdaras Jarskis, Adrian Popoviçi, Renan Telles, Amit Quluzadə

Müqavilə müddətini artıran: Yoxdu

 

“Keşlə”

Gələnlər: Yuri Maksimov (baş məşqçi), Məqsəd İsayev (“Neftçi”), Kamran Ağayev (“Mlada”, Çexiya), Pablo Podio (“Fastav”, Çexiya: icarəyə), Herve Tçami (“Hajer”, Səudiyyə Ərəbistanı), Vaqif Cavadov

Gedənlər: Ramiz Məmmədov (baş məşqçi), Elnur Abdullayev (“Sumqayıt”), Samir Zərgərov (“Kəpəz”), Mirsahib Abbasov (“Zirə”), İlkin Qırtımov (“Neftçi”), Nizami Hacıyev, Mirhüseyn Seyidov

Müqavilə müddətini artıran: Yoxdu

 

“Kəpəz”

Gələnlər: Murad Səttarlı (“Zirə”), Roman Hüseynov (“Qəbələ”: icarəyə), Samir Zərgərov (“Keşlə”), Tərzin Cahangirov (“Neftçi”), Sergey Litovçenko (“Dinamo”, Tbilisi, Gürcüstan), Giuli Manjqaladze (“Samtredia”, Gürcüstan), Tərlan Qasımzadə (“Sabah”), Dario Federiko (“Sonnam”, Cənubi Koreya), Dieqo Souza

Gedənlər: Aydın Qasımov, Novruz Məmmədov (hər ikisi “Xəzər”), Kərim Diniyev (“Səbail”), Azad Kərimov (MOİK), Samba Diallo, Mansur Aladji, Viktor Oseqeyl, Ruzi Qiyaslı, Azər Məmmədov, Sergey Çernışev, Məhəmməd Qurbanov

Müqavilə müddətini artıran: Yoxdu