İranda ümummilli matəm elan olunub

0
55

İran hökumətinin qərarı ilə yanvarın 15-i ölkədə ümummilli matəm günü elan edilib.

İranın “Sançi” neft tankerinin qəzaya uğraması və 32 ekipaj üzvünün hamısının bu hadisədə həyatını itirməsindən sonra İran hökuməti bəyanat yayaraq, yanvarın 15-i ölkədə ümummilli matəm elan edib.

İran hökuməti yaydığı bəyanatda hadisə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verilib.

Xatırladaq ki yanvarın 6-da Çinin şərq sularında Honq Konqa məxsus yük gəmisinin İranın neft tankeri ilə toqquşması nəticəsində İranın neft tankeri yanğına məruz qalmışdı.

İranın Limanlar və Dənizçilik Təşkilatı yanvarın 14-də “Sançi” neft tankerinin sulara qərq olması və 32 ekipaj üzvünün hamısının bu acı hadisədə həyatını itirməsi xəbərini təsdiq edib.