Litvada faciəli yanvar hadisələrinin 27-ci ildönümü qeyd edilir

0
33

Hər il yanvarın 13-də Litvada Azadlıq Müdafiəçiləri Günü qeyd edilir. 1990-cı il martın 11-də Litva Ali Soveti respublikanın müstəqilliyinin bərpa olunmasını elan etsə də, SSRİ hökuməti bu qərarın əleyhinə gedib. 1991-ci ilin yanvarında Litvada etiraz aksiyaları keçirilib. Yanvarın 13-nə keçən gecə sovet zirehli texnikası Vilnüsün mərkəzinə yeridilib. Nəticədə 14 dinc sakin öldürülüb, 600 nəfərdən çoxu yaralanıb. Azadlıq Müdafiəçiləri Günü ilə bağlı bir neçə tədbirdə iştirak etmiş Litva Prezidenti Dalya Qribauskayte deyib: “Otuz ilə yaxın vaxt keçsə də, yanvarın 13-ü həmin qətiyyət və cəsarətlə döyünür, azadlığa həmin gözlə baxır və eyni məqsədi daşıyır – Litvanın müstəqilliyini qoruyub saxlamaq. Bizim vəzifəmiz bunu qoruyub saxlamaq və bu yaddaşı gələcək nəsillərə ötürməkdir”.

Litva lideri, həmçinin parlamentin faciə qurbanlarının xatirəsinə həsr edilən iclasında və Vilnüsün İstiqlaliyyət meydanında bayraq qaldırılması mərasimində iştirak edəcək. azərtac