“Made in Azerbaijan” loqosunun təqdimatı olacaq

0
74

“Made in Azerbaijan” loqosunun təqdimatı olacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) azərtac-a bildirilib ki, təqdimat yanvarın 12-də İqtisadiyyat Nazirliyinin dəstəyi ilə AZPROMO tərəfindən təşkil olunan İxracatçılar Klubunun 2018-ci il üzrə ilk iclası çərçivəsində keçiriləcək.

Təqdimat Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli məhsulların xarici bazarlarda təşviqi istiqamətində görülən işlərin davamıdır.