Azərbaycan neftinin qiyməti yenidən 70 dollar/barreli keçib

0
81

Dünya birjalarında neftin qiyməti bahalaşır. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,58 dollar bahalaşaraq 70,44 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar bahalaşaraq 69,16 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,49 dollar artaraq 63,45 dollar təşkil edib. azertac