Şəkərli diabet xəstələrinin sayı artıb

0
97

Hər il dünyada şəkərli diabet xəstələrinin sayı 10-12 faiz artır. İldən-ilə cavanlaşan xəstəliyin ölkəmizdə də xeyli daşıyıcısı var. Son yeddi ildə qeydiyyata düşən şəkərli diabet xəstələrinin sayı 100 min nəfər artıb. 2011-ci ildə xəstəlikdən əziyyət çəkənlərin 135 min 735 nəfər idisə, hazırda onların sayı 242 min nəfəri ötüb. Bu, ölkəmizdə hər 100 nəfərdən ikisinin şəkərli diabet xəstəsi olmaq deməkdir. Xəstəliyə yoluxanların 5 faizə yaxını, yəni 9,5 min nəfərini 17 yaşınadək olanlar təşkil edir. Xəstəliyə yoluxanların 20 faizini 18-35 yaş arasında, 40 faizə yaxınını 36-50, 33 faizini isə 65 yaşından yuxarı olanlar təşkil edir.

Əksər hallarda xəstəlik gizli şəkildə getdiyinə görə bəzi məqamlara diqqət yetirmək lazımdır. Mütəxəssislərin fikrincə, orqanizmdə baş verən bir sıra dəyişikliklər şəkərli diabetin olması barədə xəbərdarlıq edir. Həmin əlamətlərə çoxlu su içmək, halsızlıq, ayaqlarda uyuşma, gecə yuxudan oyanaraq bir neçə dəfə sidiyə getmə, bulanıq görmə və digər əlamətlər diabetdən şübhələnmək üçün əsas verir.