Zərdabda Mingəçevir Teatrının “Qış nağılı” maraqla qarşılanıb

0
263

Mingəçevir Dövlət Dram Teatrı teatrın baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluş verdiyi “Qış nağılı” tamaşası ilə Zərdab rayonunda qastrolda olub. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş tamaşa tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, tamaşadan öncə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev yaradıcı heyətlə görüşüb, Azərbaycanda teatr mədəniyyətinin inkişafında göstərdikləri fəaliyyətə görə kollektivə öz minnətdarlığını bildirib. O, teatrın kollektivinə yeni-yeni tamaşalarla teatrsevərlərin zövqünü oxşamağı arzulayıb.

Esmira Hidayətova, Mingəçevir