“Arzuolunmaz şəxslər” siyahısına 600-ə yaxın adamın adı daxil edilib”

0
95

“İşğal olunmuş ərazilərə qeyri-qanuni səfərlər etdiyinə görə Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısına 600-ə yaxın adamın adı daxil edilib”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. “Siyahıda təxminən 600 nəfər var. Bu il təxminən 10 nəfər “qara siyahı”dan çıxarılmaları üçün Azərbaycana müraciət edib. Onlardan bəziləri siyahıdan çıxarılıb”, – H.Hacıyev vurğulayıb.Report