“Hər gün 6 manat qazanırıq”

0
297

Yeni ilə sayılı günlər qalıb. Bayram yaxınlaşdıqca quraşdırılan yolkaların sayı artır. Təbii ki, onların da yanında yeni ilin atributları sayılan Şaxta babalar, Qar qızlar görünməkdədirlər. Üstəlik, bəzi cizgi filmlərinin personajları – pişik, dovşan, ayı… da onlara qoşulublar. Bu mənada, artıq bayram ab-havası hiss olunmaqdadır. Belə ab-hava Mingəçevir şəhərində də yaşanmaqdadır.

Biz bu dəfə Mingəçevirdə həmin cizgi filmlərinin canlı personajları – pişik, dovşan, ayı…ilə həmsöhbət olmağa çalışdıq. Söhbətdən aydın oldu  ki, iş yerləri olmadığı üçün belə şənliklər onlar üçün göydəndüşmə olur: “Hər gün 6 manat qazanırıq. Üstəlik, bizi günortalar yeməklə də təmin edirlər”.

Onlar əyinlərinə geydikləri paltarların ağırlığından da danışdılar. Bundan gileylənməsələr də sadəcə: “Bu işin də bu çətinliyi var”, – deməklə kifayətləndilər.

Esmira Hidayətova, Mingəçevir