Qış bu gün ölkəmizə qədəm qoyur

0
478

Bu gün Azərbaycana qış fəsli daxil olacaq. Qış ölkəyə dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27:54-də qədəm qoyacaq.

Dekabrın 21-dən 22-nə keçən gecə ilin ən uzun gecəsi olacaq. Gecənin uzunluğu Azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə davam edəcək. Həmin vaxt cənub yarımkürəsində isə ən uzun yay gecəsi olacaq.

Sabahdan, dekabrın 22-dən gecələr qısalacaq, gündüz vaxtı uzanacaq, yəni, hava daha gec qaralacaq.