“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin Abşeron rayonu üzrə qalibləri mükafatlandırılıb

0
192

Abşeron rayon Heydər Əliyev Mərkəzində “Fövqəladə hallar uşaqların gözü ilə” VII Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinin Abşeron rayonu üzrə qalibləri mükafatlandırılıb.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Fuad Cəbrayılov, rayon Təhsil şöbəsinin müdiri Nazilə xanım Məmmədova, rayon təhsil ocaqlarının rəhbərləri, müəllimlər, KİV- nümayəndələri, FHN Sumqayıt Regional Mərkəzin əməkdaşları iştirak edirdilər. Rayon İcra Hakimiyyəti Başçısının müavini cənab Fuad Cəbrayılov çıxış edərək qarşıdan gələn Yeni il, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, canasağlığı, işlərində uğurlar arzuladı. Rayon ərazisində olan təhsil ocaqlarının və məktəbəqədər təhsil müəsiəssələrinin FHN Sumqayıt Regional Mərkəzi ilə əlaqəli çalışmaları, tez- tez maarifləndirmə tədbirlərinin keçiilməsinin vacibliyini vurğuladı. İstedadlı şagirdlərimizin Fövqaladi Hallar Nazirliyinin müsabiqələrində əl işlərinin sərgilənməsinin fərəhverici hadisə olduğunu qeyd edən İcra Hakimiyyəti aparatının rəsmisi seçilən şagirdləri təbrik etdi.

Heydər Əliyev Mərkəzində “Fövqəladə hallar uşaqların gözü ilə” VII Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinin Abşeron rayonu üzrə qalibləri mükafatlandırılıb

Sonra rayon Təhsil Şöbəsinin müdiri Nazilə xanım Məmmədova çıxış etdi. N. Məmmədova çıxışında qeyd etdi ki, FHN Sumqayıt Regional Mərkəzi ilə birgə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul olunmuş və bir sıra tədbirlər hazırlanıb. Buna uyğun olaraq rayonun bir çox idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində maarifləndirici xarakterli tədbirlər keçirilir. RTŞ-nın rəhbəri bilddi ki,tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir. Müsabiqəyə göndərilən hər bir əl işinin gözəl olmasını, layiqli yer tutmasını vurğulayan N.Məmmədova bu gün seçilən şagirdlərə uğurlar arzuladı. Daha sonra FHN Sumqayıt Regional Mərkəzin İctimaiyyətlə əlaqə və təbliğat sektorunun baş məsləhətçisi Emin Ramazanov çıxış edərək bildidi ki, Yeni il şənliklərində insanların kütləvi şəkildə toplaşdığı uşaq evlərində, məktəblərdə, mədəniyyət saraylarında və şəhərin müxtəlif yerlərində şam ağacları qurulur, bayram tədbirləri keçirilir. Bu tədbirlərdə azyaşlı uşaqların və məktəblilərin daha çox iştirak etməsini nəzərə alaraq yanğın təhlükəsizliyi məsələlərinə daha ciddi yanaşmaq lazımdır.E. Ramazanov qeyd etdi ki, Bəzən böyüklər tərəfindən yanğın təhlükəsizliyinə laqeyd münasibət, uşaqların nəzarətsiz qalması, yanğın təhlükəsizliyi qaydalarının pozulması bayram şənliklərinin bədbəxt hadisə ilə bitməsinə gətirib çıxarır. Bu kimi halların qarşısını almaq və qabaqlayıcı tədbirlərin görülməsi üçün əhalinin kütləvi istirahət etdiyi yerlərdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər tərəfindən tələb olunan müvafiq norma və qaydalara əməl olunmalı, insanların həyat və sağlamlıqları üçün təhlükə yaradan amillər aradan qaldırılmalıdır. İctimaiyyətlə əlaqə və təbliğat sektorunun baş məsləhətçisisi çıxışında vurğuladı ki, uşaqların Yeni il şənlikləri zamanı şam ağacının yaxınlığında çıraqban, benqal fişəngləri yandırmaları, atəşfəşanlıq etmələri və odla oynamaları qəti qadağandır. Çünki bu zaman yanğın baş verə bilər. Böyüklər tərəfindən Yeni il şənliyi təşkil edilərkən yanğın təhlükəsizliyi tədbirləri düzgün həyata keçirilməli, müvafiq maarifləndirmə işləri aparılmalı, yanğın təhlükəsizliyi qaydalarına azyaşlılar və məktəblilər tərəfindən əməl olunmasına nəzarət edilməlidir.

Heydər Əliyev Mərkəzində “Fövqəladə hallar uşaqların gözü ilə” VII Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinin Abşeron rayonu üzrə qalibləri mükafatlandırılıb

Yeni ilin rəmzi hesab olunan şam ağacı quraşdırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir. İlk növbədə, ağac yerə möhkəm bərkidilməli və dayaqlar üzərində elə quraşdırılmalıdır ki, onun budaqları tavana və divarlara toxunmasın. Şam ağacının işıqlandırılması elektrik cərəyanı vasitəsilə və yalnız standartlara uyğun hazırlanmış lampalarla bəzədilməlidir. Bu zaman elektrik cərəyanını aşağı salan transformatorlardan, gərginliyi 12 voltdan, cərəyanı 25 vatdan artıq olmayan işıqlandırılma lampalarından, izolə edilmiş və saz vəziyyətdə olan elektrik şəbəkəsindən istifadə olunmalıdır. İşıqlandırılmada nasazlıq hiss olunduqda, naqillər qızdıqda, lampalar yanıb söndükdə, qığılcım olduqda isə təcili olaraq işıqlandırma qurğusunu elektrik şəbəkəsindən ayırmaq lazımdır.

Heydər Əliyev Mərkəzində “Fövqəladə hallar uşaqların gözü ilə” VII Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinin Abşeron rayonu üzrə qalibləri mükafatlandırılıb

Heydər Əliyev Mərkəzində “Fövqəladə hallar uşaqların gözü ilə” VII Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinin Abşeron rayonu üzrə qalibləri mükafatlandırılıb

Bunlarla yanaşı, Yeni il şənlikləri keçirilən yerlərdə texnoloji avadanlıqlar, qızdırıcı cihazlar normal iş rejimində olmalı, onlar yanğın cəhətdən təhlükəsiz vəziyyətdə istismar olunmalıdır. Şənlikdən əvvəl bütün təhlükəli nasazlıqlar və qəza halları aradan qaldırılmalı, baş verə biləcək yanğının həcmini və nəticəsini məhdudlaşdıran zəruri müdafiə tədbirləri nəzərdə tutulmalıdır. Yeni il qabağı lazımlı məlumatları verdikdən sonra E.Ramazanov rayon İcra Hakimiyyətinin rəhbərliyinə, RTŞ-nin müdirinə, təhsil ocaqlarının kolektivlərinə əməkdaşlığa görə öz təşəkkürünü bildidi.

Qeyd olunubki, ki, Sentyabr-dekabr ayları ərzində keçirilmiş müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, fövqəladə hal probleminə ictimaiyyətin diqqətinin yönəldilməsi olub.
Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib.
Sonra respublika uşaq yaradıcılıq müsabiqəsində ilk üç yeri tutmuş uşaqlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Həmçinin rayon mərhələlərində ilk üç yeri tutmuş uşaqlara fəxri fərmanlar təqdim edilib. Sonra respublika uşaq yaradıcılıq müsabiqəsində ilk üç yeri tutmuş uşaqlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Həmçinin rayon mərhələlərində ilk üç yeri tutmuş uşaqlara fəxri fərmanlar təqdim olunub.

Çıxışlardan sonra rayon İcra Hakimiyyəti və FHN Sumqayıt Regional Mərkəzi tərəfindən seçilən əl işlərinin sahiblərinə fəxri diplomlar və hədiyyələr təqdim edildi. Tədbir bədii hissə ilə davam edib.

Heydər Əliyev Mərkəzində “Fövqəladə hallar uşaqların gözü ilə” VII Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinin Abşeron rayonu üzrə qalibləri mükafatlandırılıb