Səyyad Salahlı: “…daha çox müsəlman ölkələri əziyyət çəkir”

0
229

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Mingəçevir şəhərində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda müşavirə keçirilib.

Müşavirədə DQİDK-nin sədrinin birinci müavini Səyyad Salahlı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini İlham İsmayılov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev,  eləcə də din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mingəçevir ŞİH başçısının birinci müavini İlham İsmayılov dövlət-din münasibətlərindən danışıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətin din siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, müasir dövrümüzdə dini radikalizm, ekstremizm və terrorizmin ağır nəticələrindən daha çox müsəlman ölkələri əziyyət çəkir. Zəngin təbii sərvətlərə baxmayaraq müsəlman ölkələrinin iqtisadi inkişafı heç də istənilən səviyyədə deyil. Bununda başlıca səbəblərindən biri qarşılıqlı münasibətlərin zəif olmasıdır. Prezident İlham Əliyev tərəfindən atılımış həmrəylik təşəbbüsü də müsəlman dünyasına vəhdət, həmrəylik mesajıdır. Cənab Prezidentin İslam həmrəyliyinin Azərbaycan nümunəsini yaratdığını deyən sədr müavini Azərbaycan xalqının son bir əsrdir ki, ateizm və mövhumat arasında ən doğru orta yol formalaşdırdığını qeyd edib. Bildirib ki, bu yol dini cəhalətdən dünyəvi maarifçiliyə keçidi və bu kontekstdə İslamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını təşviq edir.

Mingəcevir səhər icra hakimiyyətinin birgə təskilatciliqi ilə kecirilən bu tədbirin sonunda iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir