“Acqarına yox, xaşla içmişəm” qurama imiş

0
344

İki gündür sosial şəbəkələrdə və elektron mediada yayılan videoda baş verənlər həqiqət deyilmiş. Bu barədə Bərdə rayon Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru Şükran Cəfərov məlumat verib. Onun sözlərinə görə, görüntülərin yol polisi əməkdaşlarına aidiyyəti yoxdur: “Videodan açıq şəkildə görünür ki, orada deyilənlər quramadır. İnsanlar da həmin quramaya inanıblar. Kimdirsə, o şəxsi tapıb cəzalandırmaq lazımdır. Ola bilər ki, başqa rayonda çəkilib”. Qeyd edək ki, sözügedən videoda guya yol polisi əməkdaşları Bərdə rayon sakini Kərimov Xəyyam Pənah oğlunu içkili vəziyyətdə saxlayırlar. O isə israrla spirtli içkini acqarına deyil, xaşla içdiyini bildirir.Ölkə.az