Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayır

0
59

Ölkə kubokunun 1/4 final mərhələsinin oyunları ilə Azərbaycanda futbol ilinə yekun vurulacaq. apasportun məlumatına görə, bu gün bu mərhələdə mübarizəyə start veriləcək.

 

İlk olaraq, Premyer Liqanın autsayderləri “Keşlə” ilə “Kəpəz” üz-üzə gələcəklər. Mövsümün gedişində baş məşqçisini dəyişən və çempionatda işləri yolunda getməyən komandalar yarımfinala adlamaq üçün əla imkan əldə ediblər. Çünki hər iki klub bir-birinə münasib rəqib gözü ilə baxır. Maraqlıdı ki, bu komandalar ötən mövsüm də eyni mərhələdə qarşılaşmış və bakılılar yollarına davam etmişdilər.

 

Mərhələnin ən maraqlı cütlüyü 16:00-da ilk duelinə çıxacaq. Premyer Liqada ilk “3-cük”də qərarlaşan “Zirə”dən fərqli, “Neftçi” üçün kubokda sona qədər irəliləmək daha önəmlidi. Qış fasiləsinə 6-cı pillədə yollanan paytaxt təmsilçisi Avropa Liqasına vəsiqə şansını riskə atmamaq üçün ilk olaraq “Zirə”ni mübarizədən kənarlaşdırmalıdı. Ayxan Abbasovun kollektivi isə ötən mövsümün 1/4 final mərhələsindəki məğlubiyyətin revanşını almağa çalışacaq.

 

Azərbaycan kuboku

1/4 final mərhələsi, ilk oyunlar

10 dekabr (bazar)

 

14:00. “Keşlə” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektior: Murad Məmmədov
“İnter Arena”

 

16:00. “Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu