Mingəçevir ziyalıları Cocuq Mərcanlıda

0
447

Bir qrup Mingəçevir ziyalıları Cocuq Mərcanlıya səfər edib. Qonaqlar əvvəlcə Cocuq Mərcanlı kənd orta məktəbində olub müəllim və şagirdlərlə görüşüblər. Görüş zamanı Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov çıxış edərək gəlişin məqsədini bildirərək qeyd edib ki, biz həmişə sizinləyik, sizə arxa dayaq olmaq üçün burdayıq deyib.

24 il dən sonra ilk dəfə vətəninə, torpağına dönən şair, publisist İsmayıl Mərcanlı bu görüşdə sevinc göz yaşları içərisində həmvətənləri ilə görüşüb, öz ürək sözlərini onlara çatdırıb. Məktəblilərə Mingəçevir Turizm Kollecinin tələbələrinin göndərdiyi kitablar hədiyyə edilib. Daha sonra ziyalılar məktblə yaxşndan tanış olublar. Burada yaradılan şərait hər kəsdə xoş ovqat yaradıb.

Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verərək bildirib ki, Azərbaycan Ordusu ötən ilin aprel döyüşlərində erməni təxribatına layiqli cavab verərək, böyük əraziləri işğaldan azad etməklə adını şanlı hərb tariximizə qızıl hərflərlə yazdırdı: ” Erməni işğalından azad edilmiş ərazilərimizdən biri də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndidir. İndi bu kənddə bərpa prosesi gedir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdu. Lakin Azərbaycanın igid, vətənpərvər oğulları bu doğma yurdu işğal altında çox qalmağa qoymadılar. 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi və yaxın hərb tariximizə azadlıq döyüşü kimi yazılan uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndimizlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi, ermənilər bu kənddən də qovuldular”.

Xanlar müəllim onu da bildirib ki, iyirmi iki il sonra – 2016-ci ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində hektarlarla torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu.

Bu, Cocuq Mərcanlı sakinlərinin təhlükəsizliyini də gücləndirdi. Dövlətimizin başçısının Lələtəpə yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə görüşməsi onlarda da böyük ruh yüksəkliyi yaratdı: “Qeyd etmək yerinə düşər ki, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evii tikildi, məktəb binası, Daxili İşlər Nazirliyi burada özünün bir strukturunu yaratdı Cocuq Mərcanlı üzrə polis sahə məntəqəsi, “Azərsu” su-kanal idarəsinin bir sahəsini yaratdı”, Azəraftayol” ASC özünün bir idarəsini yaratdı, tibb məntəqəsi, aptek, poçt məntəqəsi, market istifadəyə verildi. Artıq yenidən 100 ev də tikilib başa çatıb. İş davam edir, hər bir iş öz qaydasında gedir. Cocuq Mərcanlı kəndində yaşamaq istəyən ailələrin sayı da artmaqdadır.

 

Günün sonunda mingəçevirlilər Cocuq Mərcanlıda yaradılan şəraitlə yaxından tanış oldular, 55 günə tikilib istifadəyə verilmiş Şuşa məscidinin bənzəri olan məscidi də ziyarət etdikdən sonra yaxın vaxtlarda  buralara yenidən gəlmək arzusu ilə Mingəçevirə döndülər.

 

Esmira Hidayətova, Cocuq Mərcanlı