DÇ-2018-in püşkü atıldı

0
258
Rusya Devlet Başkanı Vladimir Putin, Rusya'nın başkenti Moskova'da 2018 FIFA Dünya Kupası'nın grup kuraları çekim törenine katılarak konuşma yaptı. ( Sefa Karacan - Anadolu Ajansı )

Bu gün Rusiya paytaxtı Moskvada futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

Dövlət Kreml Sarayında keçirilən püşkatma mərasimində Rusiya Prezidenti Vladimir Putin ilə yanaşı, mundialın 32 iştirakçı komandasından 30-nun baş məşqçisi də daxil olmaqla, 1300-dən çox qonaq iştirak edib.

DÇ-2018-in qrupları aşağıdakı kimi olub:

A qrupu

1. Rusiya

2. Səudiyyə Ərəbistanı

3. Misir

4. Uruqvay

 

B qrupu

1. Portuqaliya

2. İspaniya

3. İran

4. Mərakeş

 

C qrupu

1. Fransa

2. Peru

3. Danimarka

4. Avstraliya

 

D qrupu

1. Argentina

2. Xorvatiya

3. İslandiya

4. Nigeriya

 

E qrupu

1. Braziliya

2. İsveçrə

3. Kosta Rika

4. Serbiya

 

F qrupu

1. Almaniya

2. Meksika

3. İsveç

4. Cənubi Koreya

 

G qrupu

1. Belçika

2. İngiltərə

3. Tunis

4. Panama

 

H qrupu

1. Polşa

2. Kolumbiya

3. Seneqal

4. Yaponiya

Xatırladaq ki, futbol üzrə XXI dünya çempionatının final mərhələsi 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək. Oyunların 11 şəhərin 12 stadionunda keçirilməsi planlaşdırılır.

Rusiya öz tarixində ilk dəfə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bundan əlavə, çempionatda ilk dəfə video-təkrar sistemi tətbiq olunacaq.

Turun açılış matçında meydan sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq