Məktəb psixoloqları praktik biliklərini artırırlar

0
310

Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin fərdi  kateqoriya  üzrə qalibi “Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsi  çərçivəsində növbəti görüş Ucar  rayonu orta məktəb psixoloqları üçün təşkil olunmuşdu.

Seminarda 3 gün ərzində 26 orta məktəbin psixoloqları iştirak etdi. Seminarin ilk iki günü müxtəlif yaş dövrlərində uşaqlarda rast gəlinən davranış pozuntuları, nitq qüsurları və inkişaf ləngimələri haqda məlumatlar verildi. Məktəb şəraitində belə şagirdlərlə necə işləmək lazım olduğu ilə bağlı diskusiyalar aparıldı. Bundan başqa mövzu ilə bağlı film nümayiş olundu, qrup çalışması həyata keçirildi və yeni fikirlər müzakirə olundu. Seminarın üçüncü günü isə Ucar şəhəri 3 saylı tam orta məktəbdə valideynlər və şagirdlərin iştirakı ilə praktiki hissə təşkil olundu. Bu görüşdə valideynlərin narahatlıqları dinlənildi və onlara proqramlı şəkildə ev şəraitində uşaqla necə işləməklə bağlı müəyyən istiqamətlər verildi və məlumat xarakterli bukletlər paylanıldı. Sonda bütün iştirakçı psixoloqlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin icra müddəti 3 aydır. Layihə rəhbəri 38 saylı orta məktəbin psixoloqu Jalə Məmmədovadır.

Esmira Hidayətova