“E-manat” terminalları niyə işləmir?

0
204

Artıq xeyli vaxtdır ki, Mingəçevirdə “e-manat” nəğd ödəniş terminalları insanların xidmətinə verilib. Əhali buradan kommunal, mobil, internet və digər xidmətlərlə bağlı ödənişləri tez və rahat şəkildə həyata keçirə bilir. Lakin son günlər “e-manat”la kommunal xidmətləri ödəməkdə əhali çox əziyyət çəkir. Su pulu ödəmək üçün marketlərdə quraşdırılan “e-manat” terminallarına üz tutanlar problemlə qarşılaşıb. Çünki bu “dəmir qutular”dan səs çıxmır. Bəzilrinin içi pulla dolu olduğundan pul götürmək istəmir. Bəziləri qəbz vermir. Susuz qalan abonentlər məcbir olub gün ərzində ya susuz qalırlar ,ya da işqsız.Dəfələrlə bu problem qaldırılıb. Lakin heç bir tədbir görən yoxdur.
Bu gün şəhərin ən böyük kvartalında yerləşən marketdə heç bir “e-manat “işləməyib. Sakinlər bununla bağlı hansı  aydiyatı qurumlara üz tutmaqlarını bilmirlər. Market sahibləri deyir ki,bizlik deyil.Yaxşı olardı ki,”E-manat”yerləşdirən qurum məsuliyyətdən boyun qaçırmasın.

Esmira Hidayətova,Mingəçevir.