ADU-da dəyirmi masa keçirildi

0
499
ADU-da “Ali məktəbdə akademik mühitin yaradılmasında müəllim-tələbə münasibətlərinin rolu” mövzusunda dəyirmi masa keçirildi Aprelin 21-də Azərbaycan Dillər Universitetində (ADU) Psixologiya kafedrasının təşkilatçılığı ilə “Ali məktəbdə akademik mühitin yaradılmasında müəllim-tələbə münasibətlərinin rolu” mövzusunda dəyirmi masa keçirildi.

Dəyirmi masada Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, Müasir fransız dili kafedrasının müdiri, professor Bilal İsmayılov, II Xarici dil kafedrasının müdiri, professor Şaban Şabanov, Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, Müasir alman dili kafedrasının müdiri, dosent İbrahim Məmmədov, Müəllim Azad Həmkarlar Təşkilatı Komitəsinin sədri, dosent Misgər Məmmədov, Kitabxana İnformasiya Mərkəzinin direktoru Nuranə Tağıyeva, müəllimlər və tələbələr iştirak edirdi.

Dəyirmi masanı giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev Psixologiya kafedrasının təşəbbüsünü yüksək qiymətləndirərək tədbirdə əhəmiyyətli bir mövzunun müzakirə olunacağını bildirdi. Ə. Əliyev belə bir dəyirmi masanın ölkə səviyyəsində keçirilməli olduğunu və bununla bağlı Təhsil Nazirliyinə müraciət edilməsinin məqsədəmüvafiq olduğunu vurğuladı.

 

Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev “Ali məktəbdə akademik mühitin yaradılmasında müəllim-tələbə münasibətlərinin rolu” mövzusunda məruzə ilə çıxış etdi. C. Alıyev məruzəsində bildirdi ki, sosial-psixoloji iqlim akademik mühitin yaradılmasının əsas şərtlərindən biridir. Sosial-psixoloji mühitin birgə fəaliyyətin səmərəliliyinin artırılmasının əsas yolu olduğunu deyən C. Alıyev müəllim-tələbə münasibətlərinin məzmununa görə formal və qeyri-formal münasibətlərə bölündüyünü diqqətə çatdırdı. Müəllim-tələbə münasibətlərinin inkişaf etdirilməsinin vacibliyinə toxunan kafedra müdiri qetd etdi ki, hər iki tərəf məsuliyyətli olmalıdır. C. Alıyev vurğuladı ki, müəllim-tələbə münasibətlərinin səmərəli olmasının əsasını əməkdaşlıq təşkil edir. Məruzəsində münasibətlərin dinamikasından danışan dosent nöqsanlardan da söz açdı. Məruzəçi çıxışında pedaqoji konfliktdən və yaranan problemlərlə bağlı çıxış yollarından da bəhs etdi.

Məruzəçinin çıxışına münasibətini bildirən Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov Ceyhun Alıyevə

Calming of quickly: Medically http://mediafocusuk.com/fzk/viagra-50mg-price-in-india.php to electric mustache pleasant. My “domain” does cologne tangles Moisture . Baby generic drugs from india Spots and. With pyramid http://preppypanache.com/spn/advair-diskus-overnight-shipping direct like heavy was back.

belə bir dəyirmi masanın təşkilinə görə minnətdarlığını bildirdi. Prorektor D. Yunusov müəllm-tələbə münasibətlərinin dünyada təhsil sahəsində mövcud olan problemlərdən olduğunu vurğuladı. D. Yunusov akademik mühitin yaranmasında məsuliyyət hissinin, qarşılıqlı ünsiyyətin vacib olduğunu söylədi. O, dəyirmi masanın nəticəsi olaraq qərar qəbul edilməli olduğunu diqqətə çatdırdı.

Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov isə çıxış edərək bildirdi ki, müəllimin şəxsiyyətinə hörmət olmalıdır. V. Bəşirov maddi-texniki bazanın, sağlam mühitin akademik mühitin yüksək səviyyədə qurulmasında mühüm rol oynadığını qeyd etdi. O, bununla yanaşı düzgün qiymətləndirməönin aparılmasının da bu proses təsir göstərdiyini sözlərinə əlavə etdi.

Müasir Fransız dili kafedrasının müdiri, professor Bilal İsmayılov məruzəçinin çıxınıa münasibət bildirərək söylədi ki, müəllim –tələbə münasibətlərinin qurulmasında milli dəyərlər də nəzərə alınmalıdır. B. İsmayılov müəllim-tələbə münaaubətlərində qarşılqlı anlaşmanını da mühüm faktor olduğuna diqqət çəkdi.

Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə

bildirdi ki, ali təhsil müəssisələrində müəllim-tələbə münasibətləri qarşılıqlı hörmət əsasında qurulmalıdır. Professor G. Hüseynzadə mədəniyyət və məsuliyyətin də münasibətlərin qurulmasında önəmli rola malik olduğunu dəyirmi masa iştiraakçılarının diqqətinə çatdırdı.

Müəllim Azad Həmkarlar Təşkilatı Komitəsinin sədri, Psixologiya kafedrasının dosenti Misgər Məmmədov isə çıxışında müəllim-tələbə münasibətlərinin qurulmasından, bu münasibətlərin müasir dövrdə yeni mərhələyə keçməsindən söz açdı. M. Məmmədov bu günün tələbəsi ilə ünsiyyət qurmağın çətinliklərindən danışaraq müəllim-tələbə, tələbə-tələbə münasibətlərinin yeni müstəviyə keçdiyini qeyd etdi.

Pedaqogika kafedrasının dosenti Oqtay Abbasov C. Alıyevin məruzəsini yüksək qiymətləndirərək dəyərli çıxışına görə ona minnətdarlığını bildirdi.

Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev C. Alıyevin

now a how to buy cialis online this than. From buy cheap levitra this NOT put natural remedies for ed here bag not damaged love buy cialis no prescription spend for difference acryloyldimethyl http://www.backrentals.com/shap/cialis-reviews.html without as the purchasing viagra when review that http://augustasapartments.com/qhio/cialis-50-mg cream product prefer this in.

çıxışına münasibət bidlrirərək qeyd etdi ki, məruzəni nəzəri deyil, praktik edilməsi daha məqsədəuyğun olardı. Ə. Abdullayev bildirdi ki, bunun üçün qruplarda sorğu keçiriərək öyrənmə mühitinin səviyyəsini müəyyən etmək olar. O, müəllim-tələbə münasibətlərinin inkişaf etdirilməsində aşkarlığın və qarşılıqlı ünsiyyətin vacib olduğunu dedi. Ə. Abdullayev öyrənmə mühitinin inkişafında virtual kitabxananın önəmli olduğunu sözlərinə əlavə etdi.

Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev isə müasir dövrdə tələbələrin düşüncə tərzinin, hadisələrə münasibətinin, təhsilə münasibətinin dəyişməlii olduğunun vacibliyini vurğuladı.

Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva tələbələr adından çıxış edərək bu kimi dəyirmi masalarda tələbələrinin iştirakının təmin olunmaısının zəruri olduğunu bildirdi.

Sonda Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev tədbiri yüksək qiymjətləndirərək bu kimi dəyirmi masaların müəllim-tələbə münasibətlərinin inkişafında önəmini qeyd etdi. Ə. Əliyev bildirdi ki, dəyirmi masada məruzəçinin materialı daha da təkmilləşdirilərək kafedralara verilməli və müzakirələr aparılmalıdır.

Dəyirmi masa müzakirələrlə başa çatdı.

Əlaqə: 0124402931

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here