Mingəçevirdə ibtidai sinif müəllimləri üçün təlimlər keçirilir

0
155

Mingəçevir 10 saylı tam orta məktəbdə ibtidai sinif müəllimləri üçün təlimlər keçirilir. Bu barədə 4 saylı məktəbin riyaziyyat informatika müəlliməsi, dissertant Natəvan Mustafayeva saytımıza məlumat verib. O deyib: “Təhsildə inkişaf innovasiya üzrə qrant müsabiqədə iştirak etmişik və bu qrant müsabiqədə ibtidai sinif şagirdləri üzrə oxu bacarıqlarının inkişafı layihəsi qalib layihələr sırasında olub və bununla bağlı Mingəçevir şəhərində 3 günlük təlim təşkil olunub. Bu təlimdə də yalnız Mingəçevir şəhərində fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri təlim prosessində iştirak edirlər. Onlara oxu bacarıqları, oxuma, anlama strategiyası öyrədiləcək. Bundan əlavə, təyin edilmiş təlimçilər tərəfindən beynəlxalq qiymətləndirmə haqqında məlumat veriləcək. Qrup işləri də təşkil olunacaq. Sonda müəllimlərin bilik və bacarıqları qiymətləndiriləcək”.

 

Qeyd edək ki, təlimlərdə 300 müəllim iştirak edir.

Esmira Hidayətova, Mingəçevir