Mingəçevirdə region  məktəb psixoloqları bir araya gəliblər

0
366

Mingəçevir 8 saylı tam orta məktəbdə “Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsi ilə bağlı tədbir keçirilib. Qeyd edək ki, ”Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində 22 sentyabrdan 2017-ci il 22 dekabr 2017- ci il tarixinədək keçirilir. Layihənin əsas məqsədi region məktəb psixoloqlarının praktiki biliklərinin artırılmasına, onların müasir psixoloji metodikalarla tanış olmalarına dəstək olmaqdır. Bu barədə layihənin rəhbəri Bakı şəhəri, Yasamal rayonu 38 saylı tam orta məktəbin psixoloqu Jalə Məmmədova və təlimçi Natavan Mövlamova çıxış edərək  geniş məlumat veriblər. Bildiriblər  ki, seminarlar Yevlax, Ağdam və Mingəçevirdə 3 gün ərzində keçirilir: “Layihə çərçivəsində məktəb psixoloqlarına davranış problemləri və onların həlli yolları, özünəqapalı, məktəb fobiyası olan uşaqların kollektiv fəaliyyətlərə cəlb edilməsi, inkişaf geriliyi (kəkələmə, disleksiya, öyrənmə güclülüyü, daun sindromlu, mental gerilikli və digər) yaşayan uşaqlarla fərdi reabilitasiya proseslərinin təşkili, peşə seçimi və sairə barədə  məlumatlar verilib. Layihə psixologiyaya maraq göstərən 10 şagirddən ibarət “Psixologiya klubu” yaradılması və aylıq “Psixologiya” divar divar qəzeti buraxılması təklif olunub.

Qeyd edək ki, son nəticədə region psixoloqları komanda şəkilində işləmək, təcrübələrini bölüşmək və qarşılaşdıqları problem və çətinliklərin həllində yardımlaşmaq imkanları tapacaqlar.

Esmira Hidayətova,Mingəçevir.