Tibb kollecinin tələbələri Qarabağ Qaziləri ilə görüşüblər

0
639

  Mingəçevirdə Qarabağ Qaziləri Tibb kollecinin tələbələri ilə görüşüb.

Görüşün məqsədi Qarabağ döyüşlərinin qəhrəmanlıq nümunələrini təbliğ etməklə yeniyetmə və gənclərə vətənpərvərlik hissinin aşılanmasıdır.

 

Kollecdə bu münasibətlə geniş tədbir düzənlənmib. Tədbiri giriş sözü ilə açan Qarabağ Qazilər İctimai Birliyinin birinci müavini Babayev Əbülfət bildirib ki, məqsədimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət göstərən əsgər və zabitlərimizin, şəhid olan döyüşçülərimizin cəmiyyətdə geniş təbliği və tanıdılması, onların keçdiyi qəhrəmanlıq yolu barədə gənclər və yeniyetmələr arasında geniş məlumatlandırma işi aparılması yolu onlarda vətənpərvərlik hisslərinin daha da yüksəldilməsinə, erməni silahliları tərəfindən işğal  olan torpaqlarımızın azad edilməsinə onları mənəvi və psixoloji cəhətdən hər an hazır olmalarına çalışmaqdır.  O, vətən uğrunda canından keçənlərin xatirələrinin daim əziz tutulmasının, Qarabağ müharibəsi alovundan sağ çıxan döyüşçülərimizə daim xüsusi diqqət və ehtiram göstərilməsinin vacibliyini də vurğulayıb və bu günkü görüşdə Qarabağ uğrunda döyüşlərdə mərdliklə vuruşmuş, ağır yaralanaraq sağlamlıqlarını itirmiş bir qrup qazinin gənclərə öz döyüş yolu və xatirələrini danışmaq, müasir gəncliyin qarşısında duran vəzifələr və gənclərə tövsiyyələrini çatdırmağa imkan yarandığını deyib.

 

Çıxış edən digər qazilər də  Azərbaycan ordusunun yeni bir qəhrəmanlıq səhifəsi yazdığını bildirblər.

Görüş zamanı tələbələr onları maraqlandıran sualları qazilərə veriblər. Görüş maraqlı diskusiya şəkilində başa çatıb.

 

Esmira Hidayətova ,Mingəçevir.