Mingəçevir məktəbliləri ölkəmizin şimal bölgəsinə yola düşdülər

0
293

Mingəçevir şəhər  ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup , 5 nəfər nümayəndə heyəti “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində bu gün səhər saatlarında  Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar.

Tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində məktəblilərin şəhər rəhbərləri, təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib.

Yolasalma mərasimində çıxış edən şəhər rəhbərləri , “Ölkəmizi tanıyaq” layihəsinin Prezident İlham Əliyevin gənc nəslə, təhsil sisteminə diqqət və qayğısının nəticəsi olduğunu söyləyib. Həmçinin  eləcə də digər çıxış edənlər tur-aksiyanın şagirdlərə ölkəmizi daha yaxşı tanımaqda, tarixini, coğrafiyasını, sosial-iqtisadi inkişaf səviyyəsini öyrənməkdə böyük kömək edəcəyini vurğulayıblar.

 

Məktəblilər şimal bölgəsi ilə tanışlığı səbirsizliklə gözlədiklərini bildirib, tur-aksiyadan zəngin təəssüratla qayıdacaqlarına əmin olduqlarını deyiblər.

Görüşdən sonra şagirdlər yola salınıblar.

Esmira Hidayətova,Mingəçevir.