Təbiət vurğunu

0
272

Mingəçevir şəhər sakini Vaqif Hüseynov yaşdığı hündürmərtəbəli binanın qarşısını gülüstana çevirib. Burada müxtəlif güllər, həmişəyaşıl kollar göz oxşayır. Gül ola, ətrafında quşlar olmaya? Elə bu məqsədlə burada kiçik evciklər də quraşdrılıb.

Bu maraqlı məkanı Mingəçevir sakini Vaqif Hüseynov 2 il öncə ərsəyə gətirib. Təbiət həvəskarı olan yerli sakin kiçik bağda becərdiyi ağaclara, güllərə min manata yaxın xərc çəkib. Bundan başqa, Vaqif Hüseynov buradakı hündür ağacların üzərinə quşların qışlaması, artım etməsi üçün xüsusi evciklər düzəltdirib. Çöl quşlarının rahat hərəkəti, onların yad ünsürlərdən qorumaq üçün bu taxta evlər müxtəlif hündürlüklərdən asılıb. Vaqif Hüseynov bildirir ki, təbiət vurğunudur: “Səhər saatlarında kiçik evciklərə yem tökərək quşları yemləməkdən böyük zövq alıram”.

 

Maraqlı məkan şəhər sakinlərinin də diqqətini çəkir. Bəziləri buradan gül dərir, digərləri isə gülüstanın müxtəlif güşələrinin şəkilini çəkir. Vaqif kişinin bu ideyası Mingəçevirdə yüksək qiymətləndirlir. Şəhər sakini Şəfəq Məmmədova  deyir ki, hər gün bu maraqlı məkanın yanından keçəndə ayaq saxlayıb, yaradılan gözəlliyə tamaşa edir, daha sonra yoluma davam edirəm.

 

Qeyd edək ki, bu maraqlı məkanın daimi canlıları əsasən göyərçin, sərçə, qaratoyuqdur. Qarlı qış günlərində bu canlıların xüsusi hazırlanmış evciklərə böyük ehtiyacı yaranır. Vaqif Hüseynov gələcəkdə yuvalrın sayını artıracağını düşünür.

Esmira Hidayətova, Mingəçevir