Buraxılış imtahanları və attestasiya ilə əlaqədar yeni təqvim planı təsdiqləndi

0
92

2017/2018-ci tədris ilində keçiriləcək buraxılış imtahanları və attestasiya ilə əlaqədar yeni təqvim planı təsdiq edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Belə ki, “Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar rayon (şəhər) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə Təqvim planı” Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib. Təhsil şöbələri ( təhsil idarələri) və ümumtəhsil müəssisələrindən bu tədris ilində görüləcək işlərin təqvim planında göstərilmiş tarixlər üzrə yerinə yetirilməsini və şagirdlərə aid məlumatların təqvim planında göstərilən tarixlərdə “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etmələri tapşırılıb.Report