Güzəştli mənzillərin tikintisi nə yerdədir?

0
20

İlk güzəştli mənzillərin inşa edildiyi Yasamal yaşayış kompleksindəki binaların sayı sürətlə artır.

Xezerxeber.az-ın məlumatına görə, binalar sürətlə inşa edilir. Artıq bəzi binalarda fasad işlərinə başlanılıb və pəncərələri taxılır.

Ərazidə 960 yerlik məktəbin də tikintisi başa çatıdırlıb və hazırda həmin binaya mühəndis kommunikasiya xətləri çəkilir. Digər binalarda da işlər sürətlə davam etdirilir. Ərazidə inşa edilən güzəştli mənzillərin sayı isə 1843 dür.

Güzəştli mənzilləri almaq üçün müraciət edən və bütün göstəriciləri uyğun olan vətəndaşların sayı isə 6500 dən çoxdur.

Satışın dəqiq olaraq hansı tarixdə həyata keçirləcəyi və mənzillərin kvadratmetrə görə qiyməti hələlik bilinmir.

Şərtlərlə razılaşan və ilk müraciət edən şəxslər evə sahib ola biləcək. Satış barədə məlumatlar 1 ay əvvəl açıqlanacaq.

Qeyd edək ki, satış mərhələlərlə həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətrafl videomaterialı təqdim edir: