45-ci duel

0
29

Topaz Premyer Liqasında IX tura start verilib. Turun mərkəzi oyunu bu gün – oktyabrın 22-də keçiriləcək. “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşacaq. “Qırmızı-qaralar” son 4 mövsümün çempionu ilə mövsümdə ikinci dəfə görüşəcək. Avqustun 26-da baş tutan səfər matçında 1:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri lideri Qəbələ şəhər stadionunda qəbul edəcək.

Bu matç iki rəqib arasında 45-ci duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə rəqiblər indiyədək 44 dəfə qarşılaşıb. Bu oyunlardan 37-si Premyer Liqa, 7-si Azərbaycan kubokuna təsadüf edib. Bu oyunlarda “Qarabağ” daha çox – 18 qələbə qazanıb. Komandamızın hesabında isə 10 uğur var. Digər 16 matçda qalib müəyyənləşməyib. Həmin görüşlərdə “Qəbələ” 40, rəqibi 54 qol vurub. “Qırmızı-qaralar”ın “Qarabağ”ın qapısına vurduğu 40 topa 26 futbolçu imza atıb. Komandamızın sabiq üzvü, braziliyalı Dodo hamıdan çox – 5 dəfə bu qarşılaşmalarda qol sevinci yaşayıb. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.

Azərbaycan çempionatlarındakı 37 oyunda ağdamlılar 17, qəbələlilər 9 dəfə 3 xal əldə edib. Digər 11 matçda isə komandalar hərəyə 1 xal qazanıblar. 83 qolun vurulduğu Premyer Liqa duellərində rəqib üstünlüyə malikdir – 48:35. “Qəbələ”nin ev matçlarına gəlincə, doğma meydanında 6 qələbəsi olan komandamız 8 heç-heçə edib və 7 dəfə uduzub. Meydan sahibləri 23, qonaqlar 23 dəfə fərqlənib.

 

2006/07 mövsümü

 

20.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) – Qarabağ (Ağdam) – 0:2

Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88

 

22.02.2007. Premyer Liqa. Qarabağ (Ağdam) – Gilan (Qəbələ) – 3:2

Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81

 

2007/08 mövsümü

 

06.10.2007. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:2

Bokunqu Ncioli Fiston, 62 // Aslan Kərimov, 13, Qoqa Beraya, 52

 

13.04.2008. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 2:1

Kənan Kərimov, 8, Aslan Kərimov, 56 // Vladimir Taranu, 80

 

2008/09 mövsümü

 

20.09.2008. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:2

Kənan Kərimov, 78 // Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85

 

15.03.2009. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 0:0

 

2009/10 mövsümü

 

23.09.2009. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 0:0

 

06.12.2009. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:1

Tomaş Stolpa, 52 (p.) // Rəşad Sadiqov, 78

 

21.03.2010. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 3:1

Paulino Lopes Tavares, 49, İqor Melnik, 73, 84 // Georgi Adamiya, 43

 

24.04.2010. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 1:1

Rauf Əliyev, 10 // Kənan Kərimov, 18 (p.)

 

2010/11 mövsümü

 

25.09.2010. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 2:1

Deon Burton, 57, Branimir Subaşiç, 72 // Emin İmaməliyev, 83

 

13.02.2011. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 3:0

Rauf Əliyev, 15, Georgi Adamiya, 63, Əfran İsmayılov, 75

 

2011/12 mövsümü

 

27.08.2011. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 0:1

Viktor Mendi, 37

 

21.12.2011. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 0:0

 

14.03.2012. Azərbaycan kuboku. Qəbələ – Qarabağ (Ağdam) – 2:2

Viktor Mendi, 41; Dodo, 65 // Rauf Əliyev, 46; Muarem Muarem, 90

 

18.03.2012. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 1:1

İlqar Qurbanov, 90+1 // Viktor Mendi, 16

 

28.03.2012. Azərbaycan kuboku. Qarabağ (Ağdam) – Qəbələ – 0:0

 

14.04.2012. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:0

Yannik Kamanan, 70

 

2012/13 mövsümü

 

31.10.2012. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 1:2

Muarem Muarem, 59 // Rəşad Abdullayev, 32, Dodo, 34

 

10.02.2013. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:1

Luka Zinko, 41 // Riçard Almeyda, 55 (p.)

 

27.02.2013. Azərbaycan kuboku. Qəbələ – Qarabağ (Ağdam) – 1:1

Dodo, 33 // Vüqar Nadirov, 56

 

07.03.2013. Azərbaycan kuboku. Qarabağ (Ağdam) – Qəbələ – 0:0

 

30.03.2013. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 1:0

Riçard Almeyda, 39

 

28.04.2013. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 0:2

Reynaldo Silva, 69, 77

 

2013/14 mövsümü

 

25.08.2013. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 0:1

Vüqar Nadirov, 16

 

03.11.2013. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 4:3

Nikolas Gelaşvili, 26, 50, Vüqar Nadirov, 37, Marinaldo da Silva, 65 // Lorenso Ebesilio, 72, Leonardo da Silva, 78, Dodo, 86

 

08.02.2014. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 0:1

Reynaldo Silva, 74

 

12.03.2014. Azərbaycan kuboku. Qəbələ – Qarabağ (Ağdam) – 0:0

 

19.03.2014. Azərbaycan kuboku. Qarabağ (Ağdam) – Qəbələ – 1:2

Reynaldo Silva, 60 // Daniel Subotiç, 45+1; Viktor Mendi, 81

 

30.03.2014. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 3:0

Marinaldo Silva, 48, Reynaldo Silva, 65, 87

 

2014/15 mövsümü

 

17.10.2014. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 2:0

Vüqar Nadirov, 45+2, Reynaldo Silva, 89(p.)

 

14.12.2014. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 2:1

Bəxtiyar Soltanov, 46, Dodo, 60 // Namiq Ələsgərov, 23

 

28.02.2015. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 0:1

Namiq Ələsgərov, 45 (ö.q.)

 

02.05.2015. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:1

Reynaldo, 55 // Cavid Hüseynov, 90(p.)

 

2015/16 mövsümü

 

10.08.2015. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 2:2

Sergey Zenyov, 32, Samir Zərgərov, 87 //  Riçard Almeyda, 62 (p.), 83

 

19.12.2015. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 1:1

Əfran İsmayılov, 79 //  Ermin Zets, 4

 

19.03.2016. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:2

Sergey Zenyov, 17 //  Migel Madera, 9, Mahir Mədətov, 72

 

11.05.2016. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 2:0

Dani, 17, 32

 

2016/17 mövsümü

 

02.10.2016. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 2:0

Filip Ozobiç, 11; Baqali Dabo, 14

 

29.11.2016. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 2:1

Riçard Almeyda, 87 (p.); Dino Ndlovu, 90+4 // Filip Ozobiç, 64

 

19.02.2017. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 2:0

Sergey Zenyov, 30; Filip Ozobiç, 68

 

09.04.2017. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 0:0

 

05.05.2017. Azərbaycan kuboku. Qarabağ (Ağdam) – Qəbələ – 2:0

Mahir Mədətov, 52; Ürfan Abbasov, 68 (ö.q.)

 

26.08.2017. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 2:1

Mahir Mədətov, 63; Markos Madera, 73 // Stiven Monroz, 69