Xaricdən gətirilən ət, süd və kərə yağı nə qədər bahalanıb?

0
40
????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

Bu ilin ilk 9 ayı ərzində xarici ölkələrdən Azərbaycana 30 min 387,3 ton ət, 6 min 23,5 ton süd, 10 min 837,9 ton kərə yağı gətirilib. Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlarda bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında idxal etdiyimiz ətin miqdarı 50,5%, südün miqdarı isə 55,7% artıb, kərə yağının miqdarı isə 3,8% azalıb. İdxal olunan bu məhsullar üçün ödənilən vəsait isə daha çox artıb. Belə ki, 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında idxal etdiyimiz ət üçün 91,6% çox (46 milyon 551,9 min dollar), süd üçün 69% çox (9 milyon 719,6 min dollar), kərə yağı üçün isə 27,6% çox (49 milyon 64,7 min dollar) vəsait ödənilib. Nəticədə ötən ilin ilk 9 ayında 1 kiloqramı 1,2 dollar (2 manat) olan ətin gömrük dəyəri bu ilin ilk 9 ayında 1,5 dollara (2,55 manat) yüksəlib. Bundan başqa ötən ilin ilk 9 ayında südün 1 kiloqramının gömrük dəyəri 1,48 dollar (2,52 manat) olduğu halda, bu ilin ilk 9 ayında 1,61 dollar (2,74 manat), kərə yağının 1 kiloqramının gömrük dəyəri isə 3,4 dollar (5,8 manat) olduğu halda, bu ilin ilk 9 ayında dan 4,53 dollar (7,7 manat) olub