İspaniya Kralı: “Heç bir layihə birgə yaşayışın məhv edilməsi əsasında qurula bilməz”

0
26

Kataloniya ölkənin vacib hissəsidir və belə də olacaq. Bunu İspaniya Kralı VI Filip Asturiya şahzadəsi mükafatı laureatlarının mükafatlandırılması mərasimində bəyan edib. O bildirib ki, İspaniya milli ərazinin bir hissəsinin qopardılması cəhdinə qarşı mübarizə aparmalıdır.

“Kataloniya ölkənin vacib hissəsidir və XXI əsr İspaniyasında da bu belə olacaq. Madrid problemi özünün qanuni demokratik institutları, Konstitusiyaya əməl etməklə və parlament demokratiyasının dəyərləri və prinsiplərinə hörmət etməklə nizamlayır. Heç bir layihə demokratik birgə yaşayışın məhv edilməsi əsasında qurula bilməz”, – deyə o qeyd edib.